Mərziyyə Vahid Dəstcərdi Tehran şəhərində qadınlar və ailə mövzusunda keçirilən “Əmin İran 3: Məhəbbət rəvayəti” adlı mərasimdə şəhidlərin xatirəsini ehtiramla yad edərək deyib: “Heç bir rəvayət şəhid Ayətullah Seyid Əli Xameneinin varlığının həqiqi haqqını ifadə edə bilməz.”
İran Milli Əhali Qərargahının sədri qeyd edib ki, biz ən maarifçi və aydın düşüncəli rəhbərlərə malik olmuşuq. Onun sözlərinə görə, İnqilab rəhbərləri qadınların kəraməti və ailə mövzusu barədə çox aydın və dərin baxışlar təqdim etmişdir.
O, hökumətdə və Səhiyyə Nazirliyindəki fəaliyyət dövrünə toxunaraq bildirib ki, görüşlərin birində şəhid Ayətullah Seyid Əli Xameneidən “qadınların üstün olması” barədə soruşulmuş və o, açıq şəkildə şəriət və fiqh baxımından buna heç bir etirazının olmadığını bildirmişdir.
İran Milli Əhali Qərargahının sədri əlavə edib ki, bu yanaşma Ayətullah Seyid Əli Xameneinin rəhbərinin düşüncəsində qadının xüsusi mövqeyini göstərir. Bu baxış həm ana və ailə kəramətini ön plana çıxarır, həm də qadınların böyük sosial və idarəetmə məsuliyyətlərini qəbul edir.
O, davamında səhiyyə və sağlamlıq sahəsində təqdim olunan bəzi layihələrə toxunaraq qeyd edib ki, QİÇS-in (İİV) qarşısının alınması, ailə həkimi sisteminin gücləndirilməsi, dərman və tibbi avadanlıqların yerli istehsalı kimi mövzular müzakirə olunmuşdur və şəhid Ayətullah Seyid Əli Xamenei bu məsələlərdə maarifləndirmə, profilaktika və xalqın iştirakının vacibliyini vurğulamışdır.
Mərziyyə Vəhid Dəstcərdi həmçinin 2009-cu ildə tibb rezidenturası imtahanının yenidən keçirilməsi ilə bağlı şəhid Ayətullah Seyid Əli Xameneinin tədbirini xatırladaraq bildirib ki ki, baş verən pozuntulara baxmayaraq o, imtahanın tez və şəffaf şəkildə yenidən keçirilməsini tələb etmişdi və bu addım xalqın təhsil və səhiyyə sisteminə olan etimadını bərpa etmişdir.
O vurğuladı ki, sistemin ən böyük sosial sərvəti xalqın etimadıdır və şəhid rəhbərin baxışı daim bu etimadın qorunmasına və səmimi xidmətin gücləndirilməsinə yönəlmişdir.
Xəbərin sonu
Rəyiniz